Bu gün əsir və itkin düşən hərbçilərin yaxınları İrəvan şəhərində etiraz aksiyası keçirərək Baqramyan prospektini bağlayıblar.
Bizim.Media “Sputnik Armenia” nəşrinə istinadən xəbər verir ki, etirazın səbəbi parlamentin sədri Alen Simonyanın 20 nəfərlik nümayəndə heyəti ilə görüşməkdən və ya onların yanına gəlməkdən imtina etməsi olub.
"Bizə dedilər ki, iki nəfəri qəbul edəcək. Biz bununla razı deyilik, o, bütün valideynlərə cavab verməlidir. Biz isə etiraz olaraq prospekti bağlayırıq", - aksiya iştirakçılarından biri deyib.
Lakin Ermənistan parlamentinin binasında növbətçilik edən polis əməkdaşları və kömək üçün əraziyə gələnlər aksiyaçıları oradan çıxarmağa müvəffəq olublar.
Nəşrin müxbiri hadisə yerindən bildirir ki, prospekt artıq açıqdır, vəziyyətin isə gərgin olduğu vurğulanır.
Bizim.Media