Saakaşvili növbəti dəfə Gürcüstan vətəndaşlarına müraciət etdi: “Xaricə getməyin”

Hazırda oxunan: Saakaşvili növbəti dəfə Gürcüstan vətəndaşlarına müraciət etdi: “Xaricə getməyin”

49339

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili işləmək üçün xaricə getməyi planlaşdıran həmvətənlərinə müraciət edərək, onları ölkədə qalmağa və mübarizəni davam etdirməyə çağırıb.

Bizim.Media xəbər verir ki, Facebook sosial şəbəkəsində dərc olunan məktubda Saakaşvili iddia edir ki, Gürcüstanda vəziyyət 2-3 aylıq mübarizədən sonra dəyişəcək və 2022-ci ilin sonuna qədər ölkə vətəndaşları Polşa, Yunanıstan və hətta Almaniyadakı kimi gəlirə sahib olacaqlar.

“Getməyin, gəlin birlikdə döyüşək! Xaricə işləmək üçün getməyi planlaşdıranlara müraciət edirəm. Başa düşürəm ki, burada aclıq var, amma insana yeməkdən əlavə, layiqli həyat şəraiti, hörmət lazımdır. Bilməlisiniz ki, ilk vaxtlarda ikinci dərəcəli sakin olacaqsınız. Bu o deməkdir ki, siz öz istedadınıza və ixtisasınıza uyğun işləyə bilməyəcəksiniz. Mən özüm bunu yaşadım. Beləliklə, gəlin birlikdə mübarizə aparaq. Bilirəm ki, siz siyasətçilərin vədlərinə inanmırsınız, amma unutmayın ki, biz sizə heç vaxt yalan danışmamışıq”, - deyə Mixeil Saakaşvili müraciətində bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin