Erməni bloger: “Bizim komandirlər qızıl diş üçün Azərbaycan qəbirlərinin qazılmasını əmr edib”

Hazırda oxunan: Erməni bloger: “Bizim komandirlər qızıl diş üçün Azərbaycan qəbirlərinin qazılmasını əmr edib”

49323

Niderlanddan Ermənistana qaytarılan tərcüməçi, publisist və bloger Nairi Axverdi “Twitter” səhifəsində İrəvanın işğalçılıq siyasətindən, Birinci Qarabağ müharibəsi zamanı erməni səhra komandirlərinin və yaraqlılarının göstərdiyi vəhşiliklərdən danışıb.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, Ermənistan liderləri erməni cəmiyyətini gözdən salıblar.

“Liderlərimiz ümidimizi tamamilə qırdılar. 7 rayonun (Azərbaycanın işğal edilən rayonları nəzərdə tutulur) etnik təmizlənməyə məruz qalması və yalançı vətənpərvərlik şüarları cəhalət içində böyüyən bir çox erməni gəncini şoka saldı. 1-ci Qarabağ müharibəsində vuruşmuş ermənilər çox vaxt etdikləri əməllərindən açıq danışırlar. Bir veteran mənə demişdi ki, onun komandiri bir bölməyə Azərbaycan qəbirlərini qazmağı və qızıl dişləri axtarmağı əmr etdi. O, komandirin və həmkarlarının hərisliyinə dəhşətlə baxdığını söylədi”, - deyə Nairi Axverdi yazıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin