Hulusi Akar: “Türkiyə həmişə Azərbaycanın yanında olacaq”

Hazırda oxunan: Hulusi Akar: “Türkiyə həmişə Azərbaycanın yanında olacaq”

49210

Türkiyə ordusu vicdanlı və ümumbəşəri prinsiplər üzərində səylə çalışaraq dünyanın bir sıra ölkələrində insan hüquqlarının və regional səviyyədə sülhün qorunmasına mühüm töhfələr verib.

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Qətərdə səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Hulusi Akardan sərt xəbərdarlıq: "Təcavüzkar hərəkətlər ortaya qoyurlar"


Onun sözlərinə görə, Türkiyə silahlı qüvvələri Azərbaycan və Liviyada, o cümlədən Somalidə, Kosovoda, Bosniya və Herseqovinada, eləcə də digər ölkələrdə öz tarixi və mədəniyyətinə uyğun olaraq vicdanlı və ümumbəşəri prinsiplər çərçivəsində əzmlə çalışıb, regionlarda insan hüquqlarına və sülhə mühüm töhfə verib.

Hulusi Akar qeyd edib ki, Türkiyə dost və qardaş ölkələrin yanında olmağa davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin