Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərə rəsmi səfər edəcək və burada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Komitəsinin 7-ci iclasında iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Səfər Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Taninin dəvəti ilə baş tutacaq.
Komitənin iclası əl-Taninin sədrliyi və səlahiyyətli idarələrin rəhbərlərinin iştirakı ilə Dohada keçiriləcək.
Tərəflər ikitərəfli münasibətləri müzakirə edəcək, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
Bizim.Media