Zakaryan: “Brüssel görüşündə Ermənistan üçün müsbət nəticə olmayacaq”

Hazırda oxunan: Zakaryan: “Brüssel görüşündə Ermənistan üçün müsbət nəticə olmayacaq”

49154

“Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə artıq rəsmi sammitlərdə Zəngəzur dəhlizi məsələsinin həll olunduğunu dilə gətirməyə başlayıblar”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan “yerkramas”a verdiyi müsahibəsində qeyd edib. 

Belə ki, Zakaryan Soçi görüşünü Ermənistan üçün uğursuzluq kimi qiymətləndirib: 

“Soçi görüşü zamanı qeyd olunub ki, Rusiya Ermənistanla Azərbaycan arasında bütün problemli məsələlərin həllində qarant və ya vasitəçidir. Təəssüf ki, bütün dünya artıq başa düşür ki, Ermənistan hakimiyyətindən “Artsax”la bağlı hər hansı qərar gözləmək lazım deyil. Soçidə Paşinyan bu barədə heç nə demədi - sanki “Artsax” yox idi. Amma elə etməyə çalışdı ki, heç kim Soçi görüşü ərəfəsində “Zəngəzur dəhlizi” məsələsinin həll olunduğunu təxmin etməsin”. 

Eks dövlət rəsmisi 15 dekabrda Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək görüşü ilə bağlı da proqnozlarını dilə gətirib.

Zakaryanın fikrincə, Brüssel görüşündən öncə, Ermənistan üçün hər hansı nikbin nəticənin əldə olunacağı ilə bağlı proqnoz verilə bilməz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin