Saakaşvili yenidən həbsxanaya qaytarılacaqmı? – RƏSMİ CAVAB

Hazırda oxunan: Saakaşvili yenidən həbsxanaya qaytarılacaqmı? – RƏSMİ CAVAB

49093

Gürcüstan Səhiyyə Nazirliyinin rəhbəri Yekaterina Tikaradze bildirib ki, sabiq prezident Mixeil Saakaşvilinin hərbi hospitaldan yenidən həbsxanaya köçürülməsi indiki mərhələdə planlaşdırılmır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Georgia” nəşri yayıb.

Mənbə yazır ki, bir gün əvvəl müxalifət telekanalları eks-prezidentin bir həftə ərzində həbsxanaya qaytarılmasına hazırlandığı barədə xəbərlər yayıblar.

"Yeməklə yanaşı, xəstəyə başqa prosedurlar da lazımdır. Onun tam sağalması vacibdir, yalnız bundan sonra onun hospitaldan buraxılması mümkün olacaq", - deyə Tikaradze vurğulayıb.

O, Saakaşvilinin müalicə üçün xaricə aparılacağını da istisna edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin