Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyası Ombudsman vəzifəsinə Kristin Qriqoryanın namizədliyini irəli sürüb.
Bizim.Media xəbər verir ki, bu barədə partiyanın “Facebook” səhifəsində məlumat paylaşılıb.
MÖVZU İLƏ BAĞLI:
“Paşinyandan sonra hakimiyyətə gələcək şəxs kamikadzedir” – PARTİYA SƏDRİ
"Bununla bağlı qərar Vətəndaş Müqaviləsi Partiyasının parlament fraksiyasının növbəti iclasında qəbul edilib", - deyə bildirilib.
Qeyd edək ki, Kristin Qriqoryan hazırda Ermənistan ədliyyə nazirinin birinci müavini vəzifəsini tutur. (Sputnik Ermənistan)
Bizim.Media