“Erməni xalqı yenə aldadıldı, Zəngəzur dəhlizi reallaşır” – Erməni şərhçidən ETİRAF

Hazırda oxunan: “Erməni xalqı yenə aldadıldı, Zəngəzur dəhlizi reallaşır” – Erməni şərhçidən ETİRAF

48841

“Baş nazir Nikol Paşinyandan tutmuş xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyana qədər, Ermənistan rəhbərliyi lap əvvəldən bildirmişdi ki, Zəngəzur dəhlizi layihəsi heç vaxt reallaşmayacaq. Ermənistan xalqı əmin edilirdi ki, bu, heç söhbət mövzusu da ola bilməz. Amma indi Ermənistan ictimaiyyəti başa düşür ki, onu növbəti dəfə aldatdılar. Zəngəzur dəhlizi layihəsi həyata keçiriləcək - bu, artıq dəqiqdir!”.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan bölüşüb.

O bildirib ki, rəsmi İrəvan Ermənistan ordusunun nailiyyətləri, “artsax” əsgərinin “rəşadəti” haqqında öz xalqına 44 günlük müharibə dövründə nağıllar danışırdı:

“İndi də Zəngəzur dəhlizinin reallaşmayacağı haqqında nağıllar danışılır. Guya bu, yalnız rəsmi Bakının arzusudur və arzu olaraq qalacaq.

Bir erməni kimi mən Ermənistan rəhbərliyindən soruşmaq istəyirdim: axı üçtərəfli sazişdə Zəngəzur dəhlizi haqqında yazılıb və bu kağızın altında Paşinyanın imzası durur. Soçi görüşü bütün suallara nöqtə qoydu. Putin bu layihənin əhəmiyyətini açıq şəkildə qeyd etdi. Zəngəzur dəhlizinin layihəsinin reallaşacağını göstərən həddindən çox siqnallar var. Ən başlıcası isə Zəngəzur dəhlizi artıq tikinti mərhələsindədir - dəmir yolu layihəsi yaxın zamanlarda istifadəyə veriləcək. Bütün bu ərazilər də Bakının nəzarətinə keçəcək. Onda xalqına bu qədər yalanlar danışan bu adamlar nə edəcəklər?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin