''Baba, avtomat al türkləri güllələyək'' - Erməni etirazçı

Hazırda oxunan: ''Baba, avtomat al türkləri güllələyək'' - Erməni etirazçı

4870

Ermənistanda itkin düşən hərbçilərin valideynləri bu gün də aksiya keçiriblər.

Bizim.Media xəbər verir ki, onlar Eçmiədzin hərbi hissəsinin qarşısına toplaşaraq övladlarını tələb ediblər.

Etirazçılarda biri deyib:

"Nəvəmdən ona nə alacağımı soruşuram, cavab verir ki, baba, mənə bir avtomat al, gedək türkləri atamla birlikdə güllələyək”, - deyə itkin hərbçilərdən birinin yaxını deyib.

Başqa bir yaşlı kişi isə generallara qarşı qəzəbini ifadə edib.

“Bəzi generalların paqonlarını qoparıb zibil qutusuna atmaq lazımdır. İnsanlar, övladlarınızı bu generallara verməyin, onları ölümə aparacaqlar, türklərə verib, özləri də qaçacaqlar. İki il həbsdə olmaq iki il xidmət etməkdən daha yaxşıdır. Orduya getməyin. Hansı ordu? General-leytenantı çobandır, uşaqlarımızı ölümə apardı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin