“Azərbaycanlılar gömrük nəzarətindən keçmək üçün Gorus-Qafan yoluna gəlməyəcək” - Erməni deputat

Hazırda oxunan: “Azərbaycanlılar gömrük nəzarətindən keçmək üçün Gorus-Qafan yoluna gəlməyəcək” - Erməni deputat

48596

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunda ermənilərin gömrük postu qurulub. Ermənistanın dövlət gəlirləri komitəsinin sədri Rüstəm Badasyan bunu Azərbaycan tərəfinin fəaliyyəti ilə əlaqələndirib.

“Hayastan” fraksiyasının parlamentdəki üzvü Vaqe Akopyan isə jurnalistlərə açıqlamasında rəsmi İrəvanın bu addımına ironiya ilə reaksiya verib.

Bizim Media “yerevan.today” nəşrinə istinadən xəbər verir ki, deputatın fikrincə, gömrük postlarının İrəvan tərəfindən yerləşdirilməsi ilə bağlı söhbətlər həyata keçməyəcək, sadəcə görüntülü xarakter daşıyacaq:

“Orada gömrük məntəqəsinin yaradılmasının arxasında hansı məntiq dayanır? Azərbaycan avtomobili gömrük nəzarətindən keçmək üçün guya ora gələcək?”.

“Biz indiki hakimiyyətdən qurtulandan, Ermənistanın maraqlarını və ideyalarını milli məmurlar təmsil edəndən sonra bu yolları azad etmək imkanımız olacaq”, - deyə deputat vurğulayıb.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin