Paşinyanın tərəfdarı: “Artsax” Azərbaycana verilməli idi, oğlanlarımız gərək ölməyəydi”

Hazırda oxunan: Paşinyanın tərəfdarı: “Artsax” Azərbaycana verilməli idi, oğlanlarımız gərək ölməyəydi”

48592

Baş nazir Nikol Paşinyanı dəstəkləyən vətəndaş hesab edir ki, müharibədən sonra mövqelərimizin düşmən tərəfindən aramsız atəşə tutulmasının günahkarı müxalifətdir.

Bizim.Media xəbər verir ki, “Yerevan.Today” nəşrinin müxbiri ilə söhbətində qadın əmin edib ki, müharibənin başlamasında, ərazilərin itirilməsində və müharibədən sonrakı dövrdəki hərbi əməliyyatlarda Nikol Paşinyanın günahı yoxdur.

“Mən Nikol Paşinyana inanıram. Müxalifət günahkardır”, - deyə vətəndaş bildirib.

O, hesab edir ki, “Artsax” əvvəlki hakimiyyətin dövründə verilib.

“Bu məlumatı haradan alıbsan?” sualına sakin belə cavab verib: “Mən bu barədə eşitmişəm...”. Qadın xüsusi vurğulayıb ki, “Artsax”ı gərək Azərbaycana qaytarardılar: “Belə olan halda oğlanlarımız ölməyəcəkdi”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin