“Paşinyandan sonra hakimiyyətə gələcək şəxs kamikadzedir” – PARTİYA SƏDRİ

Hazırda oxunan: “Paşinyandan sonra hakimiyyətə gələcək şəxs kamikadzedir” – PARTİYA SƏDRİ

48584

Ermənistanda Nikol Paşinyandan sonra hakimiyyətə gələn kamikadzedir, çünki əvvəlkilərin yaratdığı və buraxdığı ən ciddi problemlərlə üzləşməli olacaq. 

Bizim Media “news.am” saytına istinadən xəbər verir ki, bu fikirləri dekabrın 1-də jurnalistlərlə görüşündə Ermənistan Demokratik Partiyasının sədri Aram Sarkisyan səsləndirib.

Siyasətçinin sözlərinə görə, söhbət, xüsusilə uduzulan müharibədən, onun nəticələrindən, cəmiyyətdə yaranmış parçalanmadan, ölkədəki ağır iqtisadi vəziyyətdən gedir. Həm də Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycana verilməsindən. 21 km olan bu yol Ermənistanı İranla birləşdirən dövlətlərarası magistralda yerləşir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilərin Soçi etirafları: Dəfn olunan “Artsax”, Paşinyanın razılaşdığı dəhliz...


Ölkə hakimiyyəti onu hansı əsasla Bakının nəzarətinə vermək qərarına gəlib? Başqa heç bir ölkədə bunu görməyəcəksiniz. Ermənistan hakimiyyəti könüllü olaraq, heç bir ilkin şərt olmadan öz ölkəsinin bir hissəsini düşmənə verib. Onlar bu yolu dişləri ilə saxlamalı idilər”, - Sarkisyan qeyd edib.

Müxalifətçinin fikrincə, problem ondadır ki, nəzəri olaraq hakimiyyətin səlahiyyətlərini məhdudlaşdıra bilən rıçaq və mexanizmlər işləmir:

“Bu, həm prezidentlik institutuna, həm də parlamentə aiddir. Prezident, ümumiyyətlə dedi ki, onun belə səlahiyyətləri yoxdur. Halbuki, Konstitusiyaya görə, prezident dövlət başçısıdır. Yəni o, ölkənin müdafiəçisidir. Sadəcə olaraq hansısa deklarativ bəyanatlarla çıxış edə bilməz. O, müəyyən hərəkətlər və addımlar atmağa borcludur”, - deyə Ermənistan Demokratik Partiyasının rəhbəri izah edib.

Buna baxmayaraq, Sarkisyan etiraf edib ki, xalqın birliyi olmadan indiki hakimiyyətdə ölkənin maraqlarının qorunmasını təmin etmək mümkün deyil. 

O, erməniləri birləşməyə və ləyaqətli yaşamaq hüquqlarını müdafiə etməyə çağırıb. Eyni zamanda, onun fikrincə, Ermənistanın bərpası üçün vaxt lazımdır. Lakin bu müddət son dərəcə qısadır, ona görə də konsolidasiya prosesi sürətləndirilmiş templə aparılmalıdır. Müxalifətçi diaspora səslənərək Qarabağa kömək etməyə çağırıb.
 

“Cəmiyyəti səfərbər etmək mürəkkəb məsələdir. Amma hər şey mümkündür. Bu həll edilə bilən problemdir. Biz Ermənistanın, Qarabağın, diasporun birliyinə nail olmalıyıq. Millət özü bütün təşkilati prosesi, birliyi təmin etməlidir.


Xalq bunu etməyənə qədər heç kim barmağını barmağına vurmayacaq. Həm Ermənistanda, həm də Qarabağda fəaliyyət göstərən müəyyən strukturların və diasporun iştirakı kifayət edəcək”, - deyə partiya sədri yekunlaşdırıb. 

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin