Müharibədə ermənilərin 40 faizini generallar öldürüb - Roman Bağdasaryandan sensasion AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Müharibədə ermənilərin 40 faizini generallar öldürüb - Roman Bağdasaryandan sensasion AÇIQLAMA - VİDEO

48511

“Qarabağda yaşayan erməni oğlanlarının 40 faizini “Artsax”ın müdafiəsi ilə məşğul olan ordu, “Artsax” zabitləri, generalları öldürüb. Bunun üçün onlar xüsusi göstəriş veriblər. Moskvada yaşayan erməni blogerlər siz niyə bu haqda danışmırsınız?”.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni bloger Roman Bağdasaryan sosial şəbəkədə canlı yayımı zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər yenə yanıldılar: Əsgəri özləri öldürüb


“Öz murdar ağzınızı Paşinyana qarşı açmırsınız. Niyə demirsiniz ki, hərbçilər generalların təlimatı ilə məhv edilib. Ermənistanda hamıya deyin ki, Suqovuşanda (Madagiz) 200-ə yaxın erməni əsgərini generallar necə məhv edib. Onları niyə öldürdülər? Bunu deyə bilmirsiniz? İstəyirdilər ki, ölənlərin sayı çoxalsın.

Qarabağ erməniləri düşünürdülər ki, tabutların çoxluğu Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaq.

Sizə ar olsun ki, 30 il ərzində Ermənistandan minlərlə oğlanlarımız ora döyüşməyə getdi, hamısını öldürdünüz”, deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin