Türkiyənin Müdafiə Nazirliyindən Azərbaycana BAŞSAĞLIĞI

Hazırda oxunan: Türkiyənin Müdafiə Nazirliyindən Azərbaycana BAŞSAĞLIĞI

48373

Türkiyə Milli Müdafiə Nazirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi tviter hesabında paylaşım edilib. 

“Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verdi - FOTO


Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, bütün azərbaycanlı qardaşlarımıza isə başsağlığı və səbr diləyirik”, - paylaşımda vurğulanıb.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin