Bu ilin may ayının sonunda Kiyevdə məhkəmədən qaçmış azərbaycanlının axtarışı zamanı onun yaxınlarına zor təbiq edən Ukrayna polisinin 5 əməkdaşının əməlləri ilə bağlı cinayət işi qaldırılıb.
Bizim.Media “Report”a istinadən xəbər verir ki, cinayət işi aparılan uzunmüddətli təhqiqatlardan sonra başlanılıb.
Bu il mayın 28-də Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə saxlanılan 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Məmmədov Əfrəs Qüddəsər oğlu İrpen şəhər məhkəməsinin iclas zalında fasilə zamanı nəzarətçilərin fincanına bihuşedici maddə ataraq qaçmışdı.
MÖVZU İLƏ BAĞLI:
O, Ukraynada həbs edildi - Bu gün Bakıya gətirilib
Onun axtarışı ilə operativ məşğul olan Kiyev vilayət polisinin əməkdaşları Ə.Məmmədovun təmasda olduğu həmyerlilərinin məkanlarında reydlərə başlamışdı.
Həmin gün Kiyevin Dniprovski rayonu, Almatinski 54 ünvanında çadırda xırda ticarətlə məşğul olan Ə. Məmmədovun qohumları və həmkəndliləri Əlverdi və Fikrət Məmmədov qardaşları, onların həmkəndlisi Xəzər Cabbarov, Elman Mənsimov və Saday Cabbarova mülki geyimdə bir neçə yerli millətdən olan şəxs yaxınlaşaraq onun yerini tələb ediblər.
Dindirilənlər Ə. Məmmədovu görmədiklərini bildirdikdə onlara qarşı ağır fiziki və təhqiramiz zorakılıq tətbiq edilib. Nəticədə ağır xəsarət alan azərbaycanlılar yerli xəstəxanaların birinə çatdırılmışdılar.
Həmin zaman yaralı azərbaycanlıların xəstəxanadan videogörüntüləri də yayılmışdı.
Hadisədən sonra fiziki zorakılığa məruz qalan azərbaycanlılar ilə bağlı Ukrayna Dövlət istintaq Bürosuna müraciət olunmuşdu.
Bizim.Media