Saakaşvili: “Gürcüstanda baş verən etirazlarda günahkar Rusiyadır” - VİDEO

Hazırda oxunan: Saakaşvili: “Gürcüstanda baş verən etirazlarda günahkar Rusiyadır” - VİDEO

48245

2007-ci il Gürcüstanda baş verən etirazlarda və onların dağıdılmasında günahkar Rusiyadır.

Bizim.Media “Sputnik Georgia” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Tbilisidə bu gün keçirilən məhkəmə iclasında səsləndirib. 

Onun sözlərinə görə, noyabr aksiyalarını o zaman arxasında Rusiya maraqlarının dayandığı iddia edilən milyarder Badri Patarkaçişvili təşkil edib.

Saakaşvili çıxışında deyib ki, ölkənin mağazalarında Rusiyadan gələn məhsullar satılır, televiziyada rus kanalları göstərilir:

“Bu, mənim heç xoşuma gəlmir”.

Saakaşvilinin məhkəmə iclası artıq başa çatıb. 2007-ci il noyabrın 7-də keçirilən aksiyanın dağıdılması işi üzrə məhkəmə prosesi dekabrın 23-də saat 11:00-da davam etdiriləcək. Eks-prezident təcili tibbi yardım maşını ilə məhkəmə binasını tərk edib.

Saakaşvili bir saata yaxın danışıb və 2007-ci ildə Gürcüstanda keçirilən mitinqlərin Rusiyanın müdaxiləsi nəticəsində keçirildiyini iddia edib.

Siyasətçinin çıxışı bir neçə dəfə prokuror tərəfindən kəsilib və baxılan işin mahiyyəti üzrə çıxış etməyi tələb edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin