Türkiyə klubunun prezidentinə silahlı hücum - yaralandı

Hazırda oxunan: Türkiyə klubunun prezidentinə silahlı hücum - yaralandı

4792

Türkiyənin II (səviyyəcə 3-cü) liqasında çıxış edən "Gümüşhanespor" klubunun prezidenti Vahit Olqun silahlı hücuma məruz qalıb.

Bizim.Meda Türkiyə mətbuatına istinadən xəbər verir ki, funksioner "Zonquldak Kömürspor"la bugünkü matçdan sonra komandası ilə klubun inzibati binasına gəlib.

Məlumata görə, binaya Vahit Olqundan sonra daxil olan naməlum şəxs ona atəş açıb.

Mərmilərdən biri Olqunun bədəninə dəyib və o, dərhal xəstəxanaya çatdırılıb.

Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.

Bizim.Meda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin