“Qarabağ probleminin nizamlanmasının ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə həyata keçirilməli olduğunu hesab edirik. Amma çox məsələləri üçtərəfli, ikitərəfli formatda da həll etmək olar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya və Azərbaycan Prezidentləri ilə üçtərəfli görüş zamanı səsləndirib.
Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycanın rəsmi şəxsləri arasında birbaşa təmaslar gözlənilir:
“Düşünürəm ki, bunu da vurğulamaq lazımdır. Neqativ nüansların fonunda pozitiv məqamları da vurğulamalıyıq. Ən əsası da təkrarlamaq istəyirəm ki, bu görüşün əsas anlamı problemlərin olub-olmamasını sadəcə səsləndirmək yox, əsas odur ki, bu gün problemlərin həlli yönündə hansısa ortaq fikirə gəldik. Regiondakı sülh, stabillik və insanların təhlükəsizliyi bizim məsuliyyətimizdir”.
Videonu təqdim edirik:
Bizim.Media