Rusiyadan dəhşətli xəbərlər gəlir: Ölü sayı 14-ə çatdı

Hazırda oxunan: Rusiyadan dəhşətli xəbərlər gəlir: Ölü sayı 14-ə çatdı

47722

Rusiyanın Kemerovo vilayətindəki "Listvyajnaya" mədənində qəzadan sonra 35 şaxtaçıdan xəbər yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyan bildirib.

Son məlumatlara görə, mədəndə baş verən qəzada ölənlərin sayı 14 nəfərə çatıb.
 

Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 04.30-da Kemerovo vilayətinin “Listvyajnaya” mədənində tüstülənmə baş verib.


Hadisə zamanı mədəndə 285 nəfər olub, onlardan 239-u səthə çıxarılıb. Ümumilikdə 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib. 

Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin