İrəvandan SON XƏBƏRLƏR: Baş Qərargah rəisi işdən qovulur, Papikyanın yerinə təyinat

Hazırda oxunan: İrəvandan SON XƏBƏRLƏR: Baş Qərargah rəisi işdən qovulur, Papikyanın yerinə təyinat

47596

“Alınan məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın günləri sayılıb və o, yaxın vaxtlarda vəzifəsindən azad olunacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Hraparak” qəzeti yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Armen Sarkisyanın ETİRAFI: “Son müharibədə Azərbaycandan hər sahədə geridə idik”


“Mümkün namizədlərin, o cümlədən ən inanılmazlarının adları artıq açıqlanır. Hətta ən azı müharibədən sonra hakimiyyətin ən sərt tənqidçilərindən biri olan, son vaxtlar Suren Papikyanın təyinatından müsbət danışan generalın adı hallanır. Ermənistanda belə metamorfozlar adi hala çevrilib. Üstəlik, Davtyanın dəyişməsi, bizim mənbələrimizə görə, keçmiş nazir David Tonoyanın və Müdafiə Nazirliyinin silahların silah satışı ilə məşğul olan şirkət direktoru, "Patron David" ləqəbli David Qalstyanın bir neçə aydır ki, həbs edilməsi ilə bağlıdır. Bununla bağlı Davtyana da ittiham irəli sürülüb”, - deyə qəzet qeyd edib.
 

Bu gün səhər tezdən isə Armavir vilayətinin keçmiş qubernatoru Ambartsum Matevosyanın Ermənistanın baş nazirinin müavini təyin edilməsi xəbəri yayılıb.


Təyinat haqqında sərəncamı prezident Armen Sarkisyan imzalayıb.

Matevosyan üç il işlədiyi qubernator vəzifəsindən azad edilib. Baş nazirin müavini vəzifəsi Suren Papikyanın müdafiə naziri təyin edilməsindən sonra boş qalmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin