Hindistan vətəndaşlarını ABŞ-a “göndərən” erməni polis rəisi saxlanıldı – DETALLAR - FOTO

Hazırda oxunan: Hindistan vətəndaşlarını ABŞ-a “göndərən” erməni polis rəisi saxlanıldı – DETALLAR - FOTO

47522

Moskva yaxınlığındakı Dolqoprudnı şəhərinin polis rəisi Hindistan vətəndaşlarını ABŞ-a “göndərdiyi” üçün saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
 

Qeyd olunur ki, milliyyətcə erməni olan 38 yaşlı polkovnik-leytenant Karen Sevikyan Hindistan vətəndaşlarını Meksika vasitəsilə ABŞ-a “göndərmək” üçün mütəşəkkil cinayətkar qrup yaradıb.


O, bu şəxsləri paytaxtın Şeremetyevo hava limanından yola salıb.

Portalın məlumatına görə, sonradan hüquq-mühafizə orqanlarının əməkdaşları Sevikyanın izinə düşüblər. Onlar müəyyən ediblər ki, şəriklər polis məmuruna saxta vizaların verilməsində və biletlərin bron edilməsində kömək ediblər.

Əvvəlcə polkovnik-leytenant noyabrın 11-də iki Hindistan vətəndaşını ABŞ-a göndərib, sonra isə daha beş nəfəri gəmi ilə yola salıb.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda hüquq-mühafizə orqanları rusiyalının əlaltılarını axtarır.
 

Bir neçə il əvvəl Karen Sevikyan tanınmış rusiyalı iş adamı Aleksey Pılinin itkin düşməsi ilə bağlı işin şahidi olub. Sonra o, Moskva yaxınlığındakı Puşkino şəhərinin polis idarəsinin rəisi vəzifəsində çalışıb.


Pılin 2012-ci ildə yoxa çıxıb. 2013-cü ildə bununla bağlı cinayət işi açılıb, sahibkarın özü isə axtarışa verilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin