Çərşənbə günü səhər, noyabrın 24-də İrəvanda yeni etiraz aksiyaları başlayıb.
Bizim.Media “Politik.am” nəşrinə istinadən xəbər verir ki, etirazın təşəbbüskarları jurnalist Nairi Oxikyan, vəkil Ara Zohrabyan, keçmiş deputatlar Sofya Ovsepyan və Vazgen Petrosyan, eləcə də digər ictimai xadimlərdir.
Mənbə yazır ki, səhər saatlarından etibarən İrəvan metrosunda etirazçılar itaətsizlik aksiyası keçirirlər. Artıq bəzi stansiyalarda qatarların hərəkəti dayandırılıb.
Xatırladaq ki, etiraz aksiyalarında hüquq müdafiəçiləri, partiya üzvləri, eləcə də Ermənistan parlamentinin bir neçə deputatı iştirak edir.
Onlar Nikol Paşinyan hökumətindən Azərbaycan-Ermənistan sərhədindəki son münaqişə ilə bağlı dolğun məlumat tələb edirlər.
Bizim.Media