Ermənistanın hüquq sferasında çox diqqətəlayiq vəziyyət yaranıb.
Bizim.Media “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, həbsdə olan bir sıra keçmiş yüksək vəzifəli məmurların iki aylıq həbs müddəti başa çatmaq üzrədir.
Maraqlısı isə odur ki, prokurorluq orqanları sonuncunun (keçmiş müdafiə naziri David Tonoyan nəzərdə tutulur) həbs müddətinin uzadılmasına görə məhkəməyə vəsatətlər təqdim etmək üçün böyük səy göstərirlər. Peşəkar çevrələrdə isə hətta məlum sənəd imzalanana qədər keçmiş məmurların həbsdə qalacağı ehtimal edilir.
Xatırladaq ki, hazırda Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan və keçmiş baş prokuror Aqvan Ovsepyan həbsdədir.
“Üstəlik, yaxın vaxtlarda bu sənədin imzalanması ərəfəsində ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyan başqa qalmaqallı həbslərin də olacağı istisna edilmir”, - deyə qəzet qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
10:10 / 23.11.2021
Paşinyan keçmiş məmurların həbs müddətini uzadacaq – QORXUYA DÜŞÜB?
Hazırda oxunan: Paşinyan keçmiş məmurların həbs müddətini uzadacaq – QORXUYA DÜŞÜB?
Hazırda oxunan: Paşinyan keçmiş məmurların həbs müddətini uzadacaq – QORXUYA DÜŞÜB?
47236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.