Njdenin Xocavənddəki heykəli hələ sökülməyib? – MƏXFİ MATERİALLAR

Hazırda oxunan: Njdenin Xocavənddəki heykəli hələ sökülməyib? – MƏXFİ MATERİALLAR

47102

2021-ci ilin fevralında “panorama.am” kimi erməni saytları Hitlerin qatil dəstəsinin üzvü olan Qaregin Njdenin Xocavənddə yeni inşa olunan heykəlinin söküldüyünü tirajlayıblar. Yayılan informasiyaya görə, heykəl Azərbaycanın tələbi ilə yığışdırılıb. 

Bizim.Media xəbər verir ki, may ayında qondarma rejimin separatçı səlahiyyətlilərindən olan Vitali Balasanyan da Njde abidəsinin əleyhinə danışıb. Lakin Araikin “deputat”ları heykəlin sökülməsinə qarşı çıxıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan terrorçuları necə hazırlayır ? FAKTLAR


“Sputnik Armenia”nın may ayına olan xəbərinə görə Njdenin Xocavənddəki heykəli dağıdılmayıb və yerindədir. Araik Arutunyanın “mətbuat katibi” Lusine Avanesyanın sözlərinə görə, heykəlin taleyini Xocavənd sakinlərindən başqa kimsə müəyyənləşdirə bilməz. Bu, Rusiyanın anti-faşist bəyanatları və abidənin sökülməsi ilə bağlı tələblərə cavab olaraq bildirilib.

Qeyd edək ki, separatçılar Njdeyə heykəli 44 günlük savaşdan bir gün öncə, sentyabrın 26-da quraşdırmağa başlayıblar. Lakin Azərbaycanın zəfər savaşı onların “Njde planı”nı rus sülhməramlılar gələnə qədər təxirə salıb. Xocavəndin ermənilər yaşayan hissəsində küçələrdən biri də Njdenin adını daşıyır. Hər halda həmin ərazidə çəkilişlər edən erməni KİV belə yazır. 
 

Xatırladaq ki, Azərbaycan tərəfi ilə yanaşı, rus sülhməramlılar da Njdenin heykəlinin sökülməsinin tələb ediblər. Sadəcə, mövzuyla bağlı internetdə axtarış verəndə yanlız 2021-ci ilin yanvar, fevral, aprel və may aylarına aid xəbərlər tapılır.


Njdenin Xocavənd abidəsinin dağıdılması ilə bağlı son xəbərlərin qısa məzmunu isə belədir:

“Paşinyan Njdenin Xocavənddəki abidəsinin söküləcəyi barədə Kremlə söz verib. Xocavənddə yaşayan ermənilər və qondarma rejim “rəhbərliyi” heykəlin yığışdırılmasını təkzib edib”.

2021-ci ilin iyulunda Rusiyanın Armavir şəhərində isə Njdednin heykəli tamamilə dağıdılıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin