Noyabrın 16-da Zəngəzurun sərhəd zonasında Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan ordusu arasında ciddi döyüş başlayandan sonra Rusiya sərhədçiləri Ermənistan-Türkiyə, Ermənistan-İran, Ermənistan-Azərbaycan sərhədlərində patrul fəaliyyətlərini gücləndirmək üçün Moskvadan əmr alıblar.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistanın hüquq-mühafizə orqanlarındakı mənbə yayıb.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələri Zəngəzurda iki yüksəkliyi ələ keçirib və ərazi bütövlüyünü təmin edib.
Sərhədçilərimiz Rusiya Müdafiə Nazirliyinin mühüm nəqliyyat və logistika mərkəzi kimi istifadə etdiyi Sisyan aeroportunun bir addımlığında dövlət sərhədini qoruyur.
Mənbə yazır ki, hazırda Zəngəzurun təmas xəttində vəziyyət stabildir.
Bizim.Media