Ötən həftənin əvvəlində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsi ilə bağlı xəbər yayılıb. Həmin gün ölkə prezidentinin fərmanı ilə baş nazirin müavini, keçmiş tarix müəllimi, heç vaxt hərbi xidmətdə olmayan Suren Papikyan hərbi qurumun başçısı təyin edilib. Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Karapetyanın işdən çıxarılmasına səbəb Azərbaycanla sərhəddə baş verən hadisələrdir. Eyni zamanda, Ermənistan mətbuatı Karapetyanın istefasının müxtəlif səbəblərini üzə çıxarıb.
“Past” qəzeti hökumətdəki mənbələrə istinadən yazıb ki, əslində bunun bir neçə səbəbi var.
Bizim.Media xəbər verir ki, bu mövzunun “kulminasiya nöqtəsi” Paşinyana Karapetyanın Rusiya vətəndaşı olması barədə məlumatın ötürülməsi olub.
“Lazımsız səs-küydən qaçmaq üçün Paşinyan Karapetyanı istefa məktubu yazmağa çağırıb. Təəssüf ki, məlumatı dəqiqləşdirmək üçün Arşak Karapetyanla əlaqə saxlaya bilmədik. “Past” bu məlumatın nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün Rusiya Federasiyasının müvafiq idarələrinə yazılı sorğu göndərməyi planlaşdırır”, - deyə qəzet vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
09:30 / 22.11.2021
Müdafiə naziri Rusiya vətəndaşlığına görə vəzifəsindən uzaqlaşdırılıb? - ERMƏNİ MEDİASİ xəbərin izinə düşdü
Hazırda oxunan: Müdafiə naziri Rusiya vətəndaşlığına görə vəzifəsindən uzaqlaşdırılıb? - ERMƏNİ MEDİASİ xəbərin izinə düşdü
Hazırda oxunan: Müdafiə naziri Rusiya vətəndaşlığına görə vəzifəsindən uzaqlaşdırılıb? - ERMƏNİ MEDİASİ xəbərin izinə düşdü
47053
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.