ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müraciət edərək, Azərbaycan keçid məntəqələrində nəzarətin gücləndirilməsi ilə əlaqədar Karaunc-David-Bek və Qafan-Çakaten istiqamətlərinə getməməyə çağırıb.
Bizim.Media “Sputnik Armenia” nəşrinə istinadən xəbər verir ki, müvafiq xəbərdarlıq noyabrın 18-də səfirliyin saytında dərc olunub.
MÖVZU İLƏ BAĞLI:
“Antiterror əməliyyatına başlamaq üçün hüquqi əsas yoxdur” - POLİTOLOQ
“M2 və M17 avtomobil yollarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi ilə bağlı məlumatlar var”, - məlumatda deyilir.
Qeyd olunur ki, səfirlik əməkdaşlarına və onların ailə üzvlərinə tapşırıb ki, Qaraunc və David-Bek kəndlərindəki M17 magistral yolu və Qafan-Çakaten yolu ilə hərəkət etməsinlər.
Ümumilikdə, Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca ayıq-sayıq olmaq və Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttinə yaxın ərazilərə getməmək tövsiyə olunub.
Bizim.Media