Paşinyan öz kölgəsindən də qorxur – SƏBƏBİNİ ERMƏNİ MƏTBUATI YAZIR

Hazırda oxunan: Paşinyan öz kölgəsindən də qorxur – SƏBƏBİNİ ERMƏNİ MƏTBUATI YAZIR

0:00
0:00
46970

Nikol Paşinyan hətta öz kölgəsindən də qorxmağa başlayıb. O,  milyonlarla dollar xərcləyərək xaricdən təhlükəsizlik proqramları alır və siyasi opponentlərinə “qulaq asır”. Onun göstərişi ilə dövlət qurumları, hər ofis, hər foye “böcəklərlə (səsə qulaq asan aparat nəzərdə tutulur) doludur”..

Bizim.Media xəbər verir ki, bu fikirlər "Hraparak" qəzetində yerləşdirilib.

"Bu yaxınlarda Müdafiə Nazirliyində kifayət qədər diqqətçəkən hadisə baş verib. Müdafiə Nazirliyinə tabe olan qurumlardan birinin rəisi yuxarı orqanın göstərişi ilə 4 əməkdaşını dindirib.

O, aparatın əməkdaşlarından niyə iş vaxtı dövlət başçısı Nikol Paşinyanı tənqid etdiklərini, onu “torpaq verən”, “kapitulator” adlandırdıqlarını soruşub. Rəis bir qadının da olduğu işçiləri növbə ilə yanına çağırıb və izahat tələb edib. İşçilər peşman olub, bir daha belə etməyəcəklərinə söz veriblər, ancaq qadın cavab verib ki, yaxşı edib. Bu, onun konstitusion hüququdur, ola bilsin ki, Ermənistan artıq demokratik ölkə deyil və fikir bildirmək olmaz”, deyə mənbə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin