Sərhəddəki gərginlik Gürcüstan parlamentində MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Sərhəddəki gərginlik Gürcüstan parlamentində MÜZAKİRƏ EDİLDİ - FOTO

46680

Tbilisidə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə regional təhlükəsizlik və Cənubi Qafqazda baş verən proseslər müzakirə olunub.

Söhbət zamanı son günlər Azərbaycan-Ermənistan sərhədində yaranmış gərgin vəziyyət xüsusi diqqət mərkəzində olub.

N.Samxaradze Gürcüstan hökumətinin bölgədə sülh təşəbbüsünün önəmini vurğulayıb.

Xüsusi nümayəndə bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin qorunub saxlanması çox vacibdir. Avropa İttifaqı bölgədə gedən prosesləri diqqətlə izləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin