Hazırda həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin səhhəti ilə bağlı rəsmi açıqlama verilib.
Bizim.Media-nın məlumatına görə, Xüsusi Penitensiar Xidmətinin həkim-reanimatoloqu jurnalistlərə bildirib ki, M.Saakaşvilinin vəziyyəti tam sabitdir.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvilinin vəziyyəti ağırdı: "Huşunu itirib yıxıldı, sonra gözünü açmadı"
Hermodinamika, oksigenasiya və nəfəs göstəriciləri norma daxilindədir.
Həkimin sözlərinə görə, pasiyentdə özündən getmə epizodu olub:
“Aparılmış kiçik reanimasiya tədbirləri nəticəsində onun vəziyyəti sabitləşib”.
Bizim.Media