Paşinyan Rusiyanın Zəngəzurda 2-ci baza yaratmaq istəyinə niyə “yox” deyib?  – DETALLAR

Hazırda oxunan: Paşinyan Rusiyanın Zəngəzurda 2-ci baza yaratmaq istəyinə niyə “yox” deyib?  – DETALLAR

46377

2-ci Qarabağ müharibəsi zamanı rəsmi Moskva İrəvana Zəngəzurda ikinci hərbi baza yaratmağı təklif edib, lakin Paşinyan və ya onun kuratorları buna razı olmayıb, sənədə imza atmayıblar.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Rusiyadan olan etibarlı mənbələr tərəfindən yayılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan təcili iclas çağırdı: "Sərhəddə baş verənlər onu göstərir ki..."


Təklifə görə Rusiya qanuni olaraq Ermənistan ərazisində ikinci hərbi baza qurmaq istəyib. Məqsədi isə ölkənin şimal-cənub hissəsini nəzarətə götürmək, Azərbaycan və Türkiyənin ehtimal olunan hücumlarından qorumaq olub.

Mənbə bildirir ki, müqaviləyə əsasən, 102-ci bazanın şəxsi heyəti ilə bağlı məhdudiyyət var və Ermənistanı təkcə bu bazanın hərbçiləri ilə “doldurmaq” mümkün deyil.
 

Ancaq rəsmi Moskva 102-ci bazanı Meğri və Noyemberyan arasında bölüşdürmək məcburiyyətində qalıb. Bütöv Ermənistan üçün isə bu azlıq edir və onun böyüdülməsinə Paşinyan rəsmən imza atmayıb.


Qeyd edək ki, 102-ci hərbi bazanın məqsəd və vəzifələri Rusiyanın cənub cinahını “bağlamaq”, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın müdafiəsini təmin etməkdir. 

Baza, həmçinin strateji tapşırıqları yerinə yetirir, hava hücumundan müdafiə sistemlərinin döyüş növbətçiliyini həyata keçirir, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı regional sərhəd idarəsinin əməkdaşlarına kömək edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin