Putin İran prezidenti ilə Qarabağı müzakirə etdi

Hazırda oxunan: Putin İran prezidenti ilə Qarabağı müzakirə etdi

46285

Bu gün, noyabrın 16-da səhər saatlarında Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında Laçın, Qərbi Zəngəzur və Kəlbəcər istiqamətində Ermənistan tərəfinin növbəti təxribatından sonra başlayan döyüş əməliyyatlarından əvvəl Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi ilə telefonla danışıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Kremlin saytı yayıb.

Mənbə yazır ki, söhbət zamanı iki ölkə liderləri ikitərəfli əməkdaşlığın əsas məsələlərini, o cümlədən iri birgə investisiya layihələrinin həyata keçirilməsini, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə qarşılıqlı fəaliyyət növlərini müzakirə ediblər.

Həmçinin Putin və Rəisi Qarabağ ətrafındakı vəziyyətlə bağlı mövzuya toxunublar. Vladimir Putin Rusiya tərəfinin atəşkəsin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin qarşısının alınması, regionda dinc həyatın bərqərar olması üçün həyata keçirdiyi tədbirlər barədə məlumat verib. 

İranın “MiranPress” nəşri qeyd edir ki, İran prezidenti İbrahim Rəisi Cənubi Qafqazda baş verənlərə işarə edərək bildirib ki, region ölkələrinin sərhədlərində dəyişikliklər qəbuledilməzdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin