Saakaşvili koronavirusa yoluxub? – TEST VERDİ

Hazırda oxunan: Saakaşvili koronavirusa yoluxub? – TEST VERDİ

46210

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilidən koronavirus testi alınıb və nəticə mənfi olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Cəmiyyətin yüksək marağını nəzərə alaraq bildiririk ki, PCR testi nəticəsində məhkum M.Saakaşvilinin koronavirusa yoluxmadığı təsdiqlənib”, - mətbuat xidmətindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvili qan qusmağa başladı – Yanına HƏKİM BURAXMIRLAR


Bundan əvvəl Saakaşvili ilə eyni həbsxanada cəza çəkən məhkumlardan birinin koronavirusa yoluxduğu məlum olub. Həmçinin bu infeksiya eks-prezidentin yerləşdiyi həbsxana xəstəxanasının direktorunda da aşkarlanıb. Onun tərəfdarları Gürcüstanın keçmiş liderinin də yoluxa biləcəyini iddia ediblər.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb və həmin vaxtdan başalyaraq aclıq aksiyasına başlayıb.

Onun tərəfdarları eks-prezidentin “həyatını qorumaq” tələbi ilə hər gün etiraz aksiyaları keçirirlər.

Noyabrın 8-də Saakaşvili Tbilisidəki həbsxana xəstəxanasına köçürülüb. Noyabrın 11-də Gürcüstan Ədliyyə Nazirliyi yaxşı qidalanan Saakaşvilinin həbsxana palatasına köçürülməsi zamanı müqavimət göstərdiyini və onun zorla aparıldığını əks etdirən video yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin