Saakaşvili qan qusmağa başladı – Yanına HƏKİM BURAXMIRLAR

Hazırda oxunan: Saakaşvili qan qusmağa başladı – Yanına HƏKİM BURAXMIRLAR

46198

Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova bildirib ki, Ukrayna vətəndaşı olan Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili bazar ertəsi axşam qan qusmağa başlayıb.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, onun yanına həkimlərin gəlməsinə icazə verilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvilinin daha bir cinayət işi üzrə məhkəməsi keçiriləcək – DETALLAR


Denisova bir qədər əvvəl Gürcüstana Saakaşvilini ziyarət etmək üçün gəldiyini bildirib.

"Həkimlər şurasının üzvü Nino Şaraşenidze qan qusmağa başladığı üçün Mixeil Saakaşvilinin tibbi müayinəsinə qastroenteroloqun cəlb edilməsinin zəruriliyi barədə Gürcüstan hakimiyyətinə məlumat verib” – deyə Denisova Telegram kanalında yazıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin