Ermənistan sərhədində çaşqınlıq davam edərkən ölkə vətəndaşları başqa problemlərlə, xüsusən də gündəlik tələbatlarını ödəyə bilməməklə üzləşirlər.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzeti yazıb.
Nəşr öz məqaləsində qeyd edir ki, bir gecədə İrəvanda çörəyin qiyməti bir dəfəyə 20 dram artıb. Həftəsonu siqaret və bir sıra digər mallar da bahalaşıb. Və qiymət artımı davam edəcək.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan təcili iclas çağırdı: "Sərhəddə baş verənlər onu göstərir ki..."
İqtisadçı Vardan Bostancyan bəyan edib ki, sürüşkən inflyasiya əsasən iqtisadiyyatın çox pis vəziyyəti ilə bağlıdır və hazırda bu vəziyyətdən çıxış yolunun görünən perspektivi yoxdur. O qeyd edib ki, Ermənistanda əhalinin aşağı gəlirləri, kifayət qədər yüksək yoxsulluq səviyyəsi, nəzarətsiz inflyasiya var.
İqtisadçı Ermənistanda sosial narazılığın gözlənildiyini vurğulayır. Bir sözlə, Paşinyanın vəd etdiyi gələcək təhlükəsizlikdən tutmuş sosial sferaya qədər bütün istiqamətlərdə “geniş addımlar atır”.
Bizim.Media