İran parlamentinin Urmiyadan olan millət vəkili Ruhullah Həzrətpur Güney Azərbaycan mədənlərinin talandığını bildirib.
Bizim.Media xəbər verir ki, o, parlamentdə çıxışı zamanı ölkənin böyük mədənlərinin Azərbaycan əyalətlərində yerləşməsinə rəğmən, bölgə əhalisinin yoxsul yaşadığını deyib:
MÖVZU İLƏ BAĞLI:
Təbrizin Azad Universitetində türk dili kafedrasının açılmasına icazə verilmir - VİDEO
"Mən, kənddə doğulmuş azərbaycanlı Ruhullah Həzrətpur atamın vəsiyyətinə uyğun olaraq danışıram və Allah şahiddir ki, bu iftixarlı türk ləhcəmlə əzab çəkmiş xalqımın tərəfindən çıxış edəcəm", - o deyib.
Azərbaycan vilayətlərində suyun qiymətinin bahalığının əkinçiliyə mənfi təsirindən danışan Həzrətpur Urmiya gölünün quruması və məsul şəxslərin yalan vədlərini də xatırladıb.
Bizim.Media