Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndədidəki qondarma rejim sözdə yeni "qanun" çıxarıb.
Bizim.Media xəbər verir ki, separatçılar ermənilərə odlu silah satın almaq və saxlamaqla bağlı icazə veriblər.
MÖVZU İLƏ BAĞLI:
Əsgərlərimizə qumbara atan erməni terrorçu HARADA SAXLANILIR?
Belə ki, bundan sonra silah almaq istəyən şəxslərdən odlu silahlardan istifadəyə dair 5 illik təcrübə haqqında "sənəd" tələb olunmayacaq.
Qeyd edək ki, bir çox siyasi ekspertlər bunu separatçıların erməni əhalini Azərbaycana qarşı silahlandırmaq cəhdi kimi qiymətləndirirlər. Baş verənlər Azərbaycanın anti-terror əməliyyatları keçirməsinə səbəb ola bilər.
Oral Mədənçi, Bizim.Media