Paşinyan müdafiə nazirini niyə işdən qovdu? - SƏBƏBİ BƏLLİ OLDU

Hazırda oxunan: Paşinyan müdafiə nazirini niyə işdən qovdu? - SƏBƏBİ BƏLLİ OLDU

46077

Xəbər verdiyimiz kimi, Ermənistanın müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad edilib. Baş nazirin müavini Suren Papikyan ölkənin müdafiə naziri təyin edilib.

Bizim.Media xatırladır ki, bir neçə gün əvvəl Karapetyan qanunsuz olaraq Xankəndiyə gəlmişdi.

Həmçinin o, bir sıra təxribatçı hərəkətlərlə yadda qalmışdı. Bununla bağlı rəsmi Bakı İrəvana sərt reaksiyasını bildirmişdi. 

Erməni mətbuatı yazır ki, görünür, bu reaksiyadan Nikol Paşinyan dərs götürüb və hesab edib ki, eks nazirin “addımları” üçtərəfli danışıqlarrın şərtlərinə xələl gətirir. Bu səbəbdən Azərbaycanın təzyiqini yumşaltmaq üçün onu işdən qovub.

Qeyd edək ki, yeni müdafiə nazirinin 35 yaşı var. O, təhsilinə görə tarixçidir. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyinə qədər Suren İrəvandakı məktəblərin birində tarix müəllimi işləyib.

Bu gün Papikyan hakim “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin sədridir.

Növbədənkənar parlament seçkilərindən sonra o, Ermənistan baş nazirinin müavini, əvvəlki hökumətdə isə ərazi idarəetmə və infrastruktur naziri postunu tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin