SON DƏQİQƏ: Paşinyan müdafiə nazirini işdən çıxarır

Hazırda oxunan: SON DƏQİQƏ: Paşinyan müdafiə nazirini işdən çıxarır

46063

Ermənistanın müdafiə naziri Arşak Karapetyan baş nazir Nikol Paşinyanın qərarı ilə tutduğu vəzifədən azad ediləcək.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ermənilərə məxsus Telegram kanalları yayıb.

Mənbə yazır ki, hərbçi peşəsinə sahib olmayan baş nazirin müavini Suren Papikyan müdafiə naziri təyin olunacaq.

Qeyd edək ki, Arşak Karapetyanın işdən çıxarılma səbəbi açıqlanmır.

Azərbaycana qarşı hər gün nifrət dolu statuslar yazan erməni bloger Mika Badalyan bu təyinata kinayəli şəkildə fikir bildirib:

“Necə deyərlər, dibə düşdüyümüzü sandım, Suren Papikyan müdafiə naziri olacaq? Bu düzdür? Yox, mən hər şeyi başa düşürəm, amma onun müdafiə naziri olmasına heç cür inanmıram??? Bəlkə digey Ediki Baş Qərargah rəisi təyin edək. Qoy gur və iyrənc musiqisi ilə düşməni qorxutsun”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin