Gürcüstanın Penitensiar Xidməti eks-prezident Mixeil Saakaşvilini dövlət vəsaitinin mənimsənilməsi işi üzrə məhkəməyə göndərməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “interpressnews.ge” saytında yerləşdirilib.
Qurum vurğulayıb ki, keçmiş prezidentin səhhəti risk altındadır, eləcə də mümkün iğtişaşlar baş verə bilər. Bu səbəbdən həbsxanadan bayıra buraxılmayacaq.
Ölkənin Dövlət Təhlükəsizliyi Xidməti deyib ki, bir sıra partiyaların nümayəndələri yolları bağlamaq və xaos yaratmaq üçün 600-ə yaxın avtomobildən istifadə etmək istəyirlər.
İdarədən onu da bildiriblər ki, Penitensiar Xidmət təqsirləndirilən şəxsin “məhkəmə prosesində uzaqdan iştirakını” təmin edəcək.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:00-da Tbilisi Şəhər Məhkəməsində Mixeil Saakaşvilinin 3 milyon dollara yaxın dövlət vəsaitini mənimsəməsi ilə bağlı növbəti məhkəmə prosesi keçirilməlidir. Dünən eks-prezidentin vəkilləri onun məhkəmədə iştirak etməyə hazır olduğunu demişdilər.
Bizim.Media