“Qarabağda uşaq və qadınları qətlə yetirən terrorçu Monte Melkonyanın davamçıları ABŞ-dan Qarabağa gəlib”.
Bizim.Media xəbər verir ki, müharibə bitdikdən bir il sonra Qarabağdakı vəziyyəti təhlil edən Avrasiya İdeyalarının Tədqiqatına Dəstək Fondunun “Seminar” ekspert şurasının sədri Qriqori Trofimçuk bu barədə öz Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, terrorçuların bölgədə fəallığı artır və Qarabağda azad edilən ərazilərdə atışmalar baş verir.
"Onlar Ermənistanı hərbi qisas almağa çağırırlar", - Q. Trofimçuk vurğulayıb.
Xatırladaq ki, separatçılar Azərbaycan Silahlı Qüvvələrinin bölmələrini sistemli şəkildə atəşə tutur. Və iki gün əvvəl, noyabrın 13-də Şuşa yaxınlığında erməni terrorçunun Azərbaycan hərbçilərinə qumbara atması nəticəsində 3 nəfər yaralanıb.
Qeyd edək ki, Monte Melkonyan (Avo ləqəbli) 1957-ci il noyabrın 25-də ABŞ-ın Kaliforniya ştatında dünyaya gəlib.
1990-cı ildə Ermənistana gələn terrorçu Azərbaycanın Dağlıq Qarabağ ərazisinə gedib. Xocavənd rayonunun işğalı zamanı Ermənistanın ön cəbhə dəstələrinin birinin komandiri olub, 12 iyun 1993-cü ildə Ağdamın Mərzili kəndində Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:13 / 15.11.2021
Terrorçu Melkonyanın davamçıları ABŞ-dan Qarabağa gəldi – ATIŞMALARIN SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Terrorçu Melkonyanın davamçıları ABŞ-dan Qarabağa gəldi – ATIŞMALARIN SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Terrorçu Melkonyanın davamçıları ABŞ-dan Qarabağa gəldi – ATIŞMALARIN SƏBƏBİ AÇIQLANDI
46045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.