Saakaşvilinin daha bir cinayət işi üzrə məhkəməsi keçiriləcək – DETALLAR

Hazırda oxunan: Saakaşvilinin daha bir cinayət işi üzrə məhkəməsi keçiriləcək – DETALLAR

0:00
0:00
46026

Bu gün saat 11:00-da Tbilisi Şəhər Məhkəməsində sabiq prezident Mixeil Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək.

Bizim.Media “Sputnik Georgia” nəşrinə istinadən xəbər verir ki, siyasətçi 3 milyon dollara yaxın dövlət vəsaitini mənimsədiyinə ("kostyum işi" üzrə) görə mühakimə olunacaq.

Eks-prezident büdcə hesabına bahalı paltarlar almaqda şübhəli bilinir. Siyahıya Londonda 28,6 min dollar dəyərində alınan kostyumlar və Kaşmir idman paltosu daxildir.

Saakaşvilinin vəkilləri onun məhkəmədə iştirak etməyə hazır olduğunu bildiriblər.

Xatırladaq ki, noyabrın 10-da eks-prezidentin 2007-ci il noyabrın 7-də keçirilən mitinqin dağıdılmasına və “İmedi” telekanalına hücuma görə məhkəmə prosesi keçirilib.
 

Penitensiar xidmət Saakaşvilinin səhhətinin vəziyyəti və mümkün təxribatlara görə onu məhkəməyə gətirməmək qərarına gəlib.


Daha iki iş üzrə - bankir Sandro Girqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi ilə bağlı Saakaşvili artıq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin