Zəngəzurun hazırda Ermənistanın Qafan rayonuna aid olan Çakaten kəndi ətrafında Azərbaycan tərəfi gömrük məntəqəsi yerləşdirməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
MÖVZU İLƏ BAĞLI:
Zəngəzur dəhlizi Avropaya nə verəcək? – DETALLAR açıqlandı
Yazıda qeyd olunub ki, Çakaten kəndi Gorus-Qafan yolunun üzərində yerləşir və ötən ilin dekabrından etibarən həmin yolun bir hissəsi Azərbaycanın nəzarətinə keçib.
Bir neçə gün əvvəl isə Azərbaycan tərəfi yolun Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində gömrük-sərhəd nəzarəti tətbiq edib, nəticədə, Ermənistan vətəndaşları artıq bu yoldan istifadə edə bilmirlər.
Kəndin administrasiyasının keçmiş rəhbəri Ara Abramyan azərbaycanlıların yolun üzərində vaqon yerləşdirdiklərini təsdiqləyib:
“Onlar nəsə qazırlar, kran gətiriblər və hansısa işləri yerinə yetirirlər, amma bilmirəm ki, məhz nə edirlər”.
Qeyd edək ki, Çakaten kəndi Nerkin Hand kəndi ilə Qafan arasında yerləşir, hər iki kəndi Qafanla indi Azərbaycanın nəzarətində olan yol birləşdirir.
Bizim.Media