İranda baş verən zəlzələ zamanı azı 8 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, “Mehr” agentliyi təbii hadisə zamanı azı 1 nəfərin həlak olduğunu yazıb.
Yeraltı təkanlar bir neçə şəhərdə hiss olunub.
Məlumata görə, 6,1 və 6,3 maqnitudalıq yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib.
Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
*** 17:19
İranın cənubunda ardıcıl 6.1 və 6,3 bal gücündə zəlzələlər qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə dəqiq məlumatlar verilməsə də, ölənlərin olduğu deyilir.
Sosial şəbəkələrdə zəlzələ anının görüntüləri paylaşılıb.
Bizim.Media