Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il uzadılıb.
Bizim.Media Türkiyənin “Resmi Gazete” nəşrinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qanun layihəsini təsdiq edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərə başladı - VİDEO
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub. Keçirilən səsvermədən sonra layihə qəbul edilib.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.
Bizim.Media