Saakaşvilini Gürcüstana gəlməyə kim məcbur edib? – Burcanadze FAKTLARI açıqladı - VİDEO

Hazırda oxunan: Saakaşvilini Gürcüstana gəlməyə kim məcbur edib? – Burcanadze FAKTLARI açıqladı - VİDEO

45747

Nino Burcanadzenin fikrincə, Saakaşvili Gürcüstana məcburən qaytarılmayıb:

“Düşünmürəm ki, onu qayıtmağa məcbur ediblər. Partiyada da bunu çox müzakirə edirdik və deyə bilərəm ki, onun qayıdışı gözlənilən idi”. 

Bizim.Media-ya özəl açıqlamasında Nino Burcanadze Mixeil Saakaşvilini böyük oyunçu adlandırıb və əlavə edib ki, o, anlayırdı ki, Gürcüstanda onun reaksiya verməli olduğu situasiya formalaşıb:

“Kənarda qalsaydı, çox şey itirəcəkdi. Ona görə də hesab edirəm ki, belə qərar verdiyi üçün qayıdıb”.

Çoxları düşünür ki, onun Gürcüstana gəlişi heç nəyi dəyişmədi. Siz necə?

“Deməzdim ki, onun gəlişi heç nəyi dəyişmədi. Əksinə, çox şeyi dəyişdi. Böhran onsuz da var idi və onun gəlişi krizisin necə dərin olduğunu göstərdi. Bu bir. İkincisi, xalqın onu qorumadığı ilə də razı deyiləm. Onu durmadan müdafiə edən adamlar var. Oktyabrın 14-ü 50 min nəfər küçələrə axışdı.

Bu, Tbilisi üçün çox böyük rəqəmdir. Elə sizinlə müsahibəyə gələndə iki tanımadığım qadın qarşımı kəsib, Saakaşvilinin vəziyyəti ilə maraqlanıblar.

Onu dəstəkləməyən insanlar da var, amma onlar da Mixeilin müayinə üçün normal klinikaya köçürülməməsindən narahatdırlar. Əslində onun gəlişi seçkilərə də təsirsiz ötüşmədi”.

Videonu təqdim edirik:

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin