Xatırladaq ki, ötən il noyabrın 9-da Rusiyanın 102-ci hərbi bazasının avtomobil karvanını müşayiət edən helikopter Ermənistan ərazisində Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub.
Bizim.Media “Sputnik Armenia” nəşrinə istinadən xəbər verir ki, Mİ-24 helikopterində olan rus zabitlərinin xatirəsinə qəza yerində abidə ucaldılıb.
Mənbə yazır ki, həlak olanların - ekipaj komandiri mayor Yuri İşukun və təyyarənin texniki, baş leytenant Roman Fedinanın xatirəsi əbədiləşdirib.
Ekipajın 3-cü üzvü, baş leytenant Vladislav Qryazin qəzadan sağ çıxıb.
Qeyd edək ki, Azərbaycanın əzəli torpağı olan Qarabağda, hazırda sülhməramlıların nəzarətində olan bölgədə də ermənilər rus həbçisinin şərəfinə abidə ucaldıblar. Azərbaycan mediası, siyasətçilər və analitiklər bu olaya sərt reaksiya verib.
Bizim.Media