Xəbər verdiyimiz kimi, dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycan tərəfi Qorus-Qafan yolunda öz gömrük postlarının quraşdırılması barədə erməni tərəfini məlumatlandırıb. Bu haqda o, yerli televiziyaya müsahibəsində deyib.
Bizim.Media xəbər verir ki, bu gün isə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qorus-Qafan avtomobil yolunda gömrük postu yaratmaq niyyətini təsdiqləyib.
“Azərbaycan öz ərazisinin Eyvazlı-Çayzəmi hissəsində gömrük postu qurmaq istəyir”, - deyə o, Ermənistan parlamentində bildirib.
Paşinyanın sözlərinə görə, ermənilər tam hazır olan yeni yoldan istifadə edəcəklər.
Xatırladaq ki, rəsmi Bakı hələlik bu məlumatı şərh etməyib.
Bizim.Media