Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclasda Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub.
MÖVZU İLƏ BAĞLI:
TBMM Azərbaycana hərbi qüvvələr göndərməsini təsdiqlədi
Qanun layihəsinin ikinci oxunuşundan sonra, mövzu ilə bağlı 7 millət vəkili çıxış edib.
Müzakirələrdən sonra səsvermə keçirilib və layihə qəbul edilib.
Qeyd edək ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət vermişdi.
Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.
Bizim.Media